Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil telefon nömrələrinin daşınması xidməti martda tətbiq olunacaq


Gələn ilin əvvəlində Azərbaycanın mobil rabitə sahəsində «daşınan nömrələr» xidmətinin tam tətbiq edilməsi planlaşdırılır. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq kompleks hazırlıq işləri gedir, müvafiq normativ-hüquqi baza formalaşdırılır, texniki hazırlıq işləri aparılır. Prosesin artıq 2011-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Nəticədə, 2012-ci ilin mart ayında mobil rabitə operatorları üzrə telefon nömrələrinin operatorun istəyinə uyğun olaraq daşınması mexanizminin tətbiqi nəzərdə tutulur.




07/09/11    Çap et