Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək
10 aprel 2015-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək.
Seminar Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının internet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən və elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm kompüter şəbəkəsinin imkanlarından daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.
Akademiyadan bildirilib ki, seminarda iştirak etmək üçün AMEA-nın institut və təşkilatlarının və ali təhsil müəssisələrinin informasiya texnologiyaları üzrə məsul şəxsləri dəvət olunurlar.
Seminarda iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.
HƏQİQƏT
29/03/15 Çap et