Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS” hücumların əksəriyyəti hansı ölkədən həyata keçirilir?


“Akamai Technologies” şirkəti “DDoS” hücumlarla bağlı vəziyyət haqda hesabat təqdim edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər tərəfindən toplanılmış statistikaya əsasən, əvvəlki kimi dünyada “DDoS” hücumların əksəriyyəti Çinin payına düşür.

2014-cü ilin dördüncü rübündə “DDoS” hücumlardan gələn zərərli trafikin 41 faizi Çindən həyata keçirilib. ABŞ bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. Bununla belə, mütəxəssislər çinli və amerikalı hakerlərin fəallığının bir qədər azalmasını qeydə alıblar.

Həmçinin Tayvan, Türkiyə, Cənubi Koreya, Braziliya, Almaniya və Honkonq tərəfindən "hücum" trafikinin artımı müşahidə olunub.

Tədqiqata əsasən, ötən ilin oktyabr-dekabr aylarında Şimali və Latın Amerikası regionları 177 dəfə haker hücumuna məruz qalıb. Bu göstərici üzrə ikinci pillədə (98 dəfə) Asiya-Sakit okean regionu, üçüncüdə isə “EMEA” (Avropa, Yaxın Şərq və Afrika) qərarlaşıb.

Emil Hüseynov
 




29/03/15    Çap et