İnterpol: “Kriptovalyutadan zərərli proqram təminatının yayılması üçün istifadə oluna bilər”
İnterpol ilə əməkdaşlıq edən informasiya təhlükəsizliyi sahəsində çalışan ekspertlər "Bitcoin" kimi rəqəmli valyutaların təhlükəli olmasını bildiriblər.
Ekspertlərin məlumatına görə, kriptovalyuta ilə işləyən paylayıcı sistemlərdə virtual tranzaksiyaların qeydiyyatı üzrə fayllardan zərərli proqram təminatının və ya digər qeyri-qanuni kontentin (zorakılıq və s. şəkillər) yerləşdirilməsi üçün istifadə oluna bilər.
Kriptovalyutadan və onun istifadə etdiyi protokoldan asılı olaraq tranzaksiyaların qeydiyyatı üzrə ümumi fayllarda müəyyən edilmiş açıq sahə var ki, orada da məlumatlar şifrlənmiş tranzaksiyalarda saxlanıla və ya onların qeydlərinə keçirilə bilər. Ekspertlərin fikrincə, məhz bu sahə təhlükə törədir. Cinayətkarlar daima orada zərərli proqram təminatını saxlaya bilərlər və hazırda onların bu sahədən silinməsi üsulları mövcud deyil.
Gələcəkdə bu imkan modul zərərli proqram təminatını qurmağa, hücumların paylanması formasını dəyişməyə, eləcə də saxta bazarlar yaratmağa imkan verəcək.
"Təhlükə aşkar olunduqdan sonra İnterpolun bu barədə ictimaiyyət və hüquq-mühafizə orqanlarına məlumat verməsi, eləcə də bu sahədə fəaliyyət göstərən təşkilatlara həllərin hazırlanmasında kömək etməsi vacibdir", - "INTERPOL Global Complex for Innovation" təşkilatının rəhbəri Nobori Nakatani bildirib, -
"SecurityLab" yazır.