Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ETM istifadəçiləri “Hoax” elektron məktublarından ehtiyatlı olmağa çağırır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə “Hoax” elektron məktublarına cavab verməməyi tövsiyə edir.
Mərkəzin bununla bağlı məlumatında qeyd olunur ki, “Hoax” gələn e-poçt məktubu başqa şəxslərə göndərməyi və ya hər hansı başqa bir addım atmağı tələb edən və istifadəçiləri aldatmağa istiqamətlənmiş mövzularla göndərilən e-poçt məktublarıdır.
“Hoax” məktubları tanımaq üçün bəzi xüsusiyyətlərə diqqət etmək lazımdır. Belə ki, məktubun sonunda ad, soyad qeyd olunmaya və ya verilmiş ad, soyadı axtardığınız zaman dəqiq bir məlumat mövcud olmaya bilər. Tərkibində “bu mesajı bütün dostlarına göndər” və s. bu cür ifadələrin olması mümkündür. Böyük hərfdən və nida işarəsindən daha çox istifadə olunması da bu xüsusiyyətlərə daxildir. Eyni zamanda, e-poçt mesajı sizə göndərilənə qədər bir neçə dəfə başqa şəxslərə yönləndirilə bilər.
CAHANGİR
29/03/15 Çap et