Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada yeni ekoloji “ağıllı” şəhər tikiləcək


 “Panasonic” şirkəti Yaponiyada ən müasir, ekoloji və enerjiyə qənaətcil texnologiyalardan istifadə edilməklə layihələndirilən daha bir “ağıllı” şəhər yaratmağı planlaşdırır.
 
Ən müasir enerjiyə qənaətcil texnologiyalarla təchiz edilən yaşayış və kommersiya obyektləri, eləcə də elmi-tədqiqat laboratoriyaları Sunasima şəhərində şirkətin mobil telefonların buraxılışı üzrə keçmiş zavodu ərazisində inşa ediləcək. Layihənin tərəfdaşı qismində "Nomura Real Estate Development” və “Uny” şirkətləri çıxış edəcək. Tikintisinə bu il başlanacaq şəhərin rəsmi açılışı 2019-cu ilin yazına nəzərdə tutulur.
 
Sunasima “Panasonic”in təşəbbüsü ilə yaradılan ikinci “ağıllı” şəhər olacaq. İlk belə şəhərin - Fudzisavanın sakinləri artıq 2014-cü ilin payızında evlərinə köçüblər. Sunasimada ən qabaqcıl texnologiyalar və həllər, o cümlədən ekoloji avtomobil nəqliyyatı, sifətin tanınması funksiyası ilə təchiz edilən videomüşahidə sistemləri, “ağıllı” məişət texnikası və s. tətbiq ediləcək, - “Vesti” yazır. 
 




29/03/15    Çap et