Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin “WSJ”, “Reuters”, “Bloomberg” və “New York Times” nəşrlərinin veb saytlarını bloklayıb
Çində “Wall Street Journal”, “Reuters”, “Bloomberg” və “New York Times” nəşrlərinin veb saytları bloklanıb.
Bu haqda “Reuters” xəbərlər agentliyi məlumat yayıb. İnformasiya resurslarının Çində əlçatmaz olmasının səbəb bəlli deyil.
“Reuters” xəbərlər agentliyi yazır ki, xarici veb saytlar vaxtaşırı Çində bloklanır.
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin əvvəlində Çin hökuməti internetdə məlumatların filtrasiyası sistemini təkmilləşdirməyə davam edib. Əsas məsələ virtual şəxsi şəbəkə (VPN) texnologiyasının köməyi ilə “Facebook” və “Google” kimi saytlara çıxışı çətinləşdirməkdir.
Emil Hüseynov
29/03/15 Çap et