Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT mütəxəssislərinin 70 faizi təhlükəsizlik insidentlərinin məsuliyyətinin şirkət rəhbərlərinin üzərinə düşdüyünü hesab edir


“Websense” şirkətinin analitikləri “e-Crime Congress” konfransında iştirak edən informasiya təhlükəsizliyi sahəsinin 102 mütəxəssis arasında keçirilən sorğunun nəticələrini açıqlayıblar.

Sorğudan məlum olub ki, respondentlərin 98 faizi məlumat sızması ilə əlaqədar böyük insidentlərin qanun çərçivəsində həll olunmasını və qarşısının cərimələr vasitəsilə alınmasını hesab edir.
 
Rəyi soruşulanların 68 faizi zərərçəkmiş şirkətlərin ictimaiyyətə böyük müdaxilələrlə bağlı informasiyanı açıqlamaq məcburiyyətində olmasını, 55 faizi qanunun zərərçəkən istifadəçilər üçün kompensasiya ödənişini nəzərdə tutması qənaətindədir.  
 
Həmçinin respondentlərin bəziləri (45 faiz) informasiya itkisi və istifadəçi məlumatları ilə bağlı halların baş verməsini qəbul etməyən təşkilatların daim İT ictimaiyyətinin diqqətində olmasını düşünür. Rəyi soruşulanların 70 faizinin fikrincə, haker hücumlarına görə bütün məsuliyyət təşkilatın baş direktorunun üzərinə düşür, - “SecurityLabyazır.  
 




30/03/15    Çap et