Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Sharp" şirkəti günəş enerjisi əsasında işləyən məhsulların istehsalının dayandırılması haqda şayiələri təkzib edib
"Sharp Corp" şirkəti “Sakai” zavodundakı günəş enerjisi üzərində işləyən məhsulların istehsalına davam edəcəyini və bu biznesin satılması haqda yayılan məlumatların yanlış olduğunu bildirib.
“ICTnews” xəbər xidmətinin Yaponiya xəbər agentliklərinə istinadən verdiyi məlumata əsasən, bunu müsahibələrindən birində "Sharp" şirkətinin enerji sisteminin həll edilməsi üzrə işlərin rəhbəri Kazuşi Mukayi bəyan edib.
"Sharp" şirkəti 2012-ci ildən etibarən banklarla danışıqlar aparır və banklar radikal dəyişikliklər etməyi və ya qeyri-rentabel biznesdən çıxmağı tövsiyə edirlər.
"Sharp" şirkəti Yaponiyada ev tikintisinin zəif getməsi və Çindən olan rəqiblərinin məhsullarının aşağı qiymətdə olmasının bu biznesi aparmağa maneə törətdiyini bildirib və bununla yanaşı, TV və LCD displeylərin satışında azalmaların olduğunu bildirib.
Aynur Vəliyeva
30/03/15 Çap et