Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” faylların limitsiz saxlanıması xidmətini istifadəyə verib


“Amazon” internet şirkəti “bulud” xidmətlərinə limitsiz tarif təqdim edib: istənilən həcmdə fotoşəkillərin və əlavə olaraq 5 QB tutumunda istənilən başqa faylların saxlanılması ildə 12 dollar, istənilən faylların limitsiz saxlanılması ildə 60 dollar təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "Bir çox insanlar öz ad günü, məzuniyyət, bayram və gündəlik həyatı haqda xatirələrini bir çox qurğularda saxlayır və bunun üçün neçə qiqabayt lazım olduğunu bilmirlər" – “Amazon”un “bulud” xidmətinin direktoru Coş Petersen deyib. O deyib ki, hər iki tarif istifadəçilərə istənilən həcmdə fotoşəkil, videoyazı, film, musiqinin və başqa faylları bir yerdə saxlamağa imkan verəcək.
 
“Amazon”un rəqiblərində hələ ki belə tarif yoxdur. “Dropbox” və “Google” 1 TB məlumatın saxlanılması üçün aylıq 10 dollar, “Microsoft” 7 dollar tələb edir. Ancaq “Microsoft” korporasiyası faylların saxlanılması üçün limitsiz tarif təqdim edir: bunun üçün ildə 90 dollar ödəmək lazımdır.
 
Emil Hüseynov




30/03/15    Çap et