Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada hansı antivirusdan daha çox istifadə edirlər?


Avropalı istifadəçilər yalnız cari ilin yanvarında antivirus proqram təminatına 25 milyondan çox avro xərcləyiblər. Maraqlıdır ki, Avropada kompüter təhlükəsizliyi sahəsində proqram satışı üzrə lider Rusiyanın "Kasperski Laboratoriyası" şirkəti olub.

"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, “GfK” analitik şirkətinin məlumatına əsasən, "Kasperski Laboratoriyası" Avropada informasiya təhlükəsizliyi sahəsi üçün nəzərdə tutulmuş kompüter proqramlarının pərakəndə satışı üzrə lider olub.

Bundan əvvəl ABŞ-ın “Symantec” şirkəti bu reytinqdə birinci pillədə qərarlaşıb. 2015-ci ilin ilk ayının nəticəsinə görə üçüncü pilləni tutub.

Emil Hüseynov




31/03/15    Çap et