Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti çox ucuz noutbuklar hazırlayır


“Microsoft” korporasiyası istehlakçılara 149 dollar dəyərində noutbuk təklif etməyi planlaşdırır. Başqa bir model təhsil müəssisələri üçün nəzərdə tutulacaq və dəyəri 179 dollar təşkil edəcək. Proqram nəhəngi bu modellərin köməyi ilə “Google” şirkətinin xrombukları ilə rəqabət aparmaq niyyətindədir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, hər iki noutbuk “Intel Atom” prosessorları ilə təchiz ediləcək. Nəşr qurğulara öncədən quraşdırılacaq “Windows” əməliyyat sisteminin versiyasını dəqiqləşdirməyib.

İstehlak bazarı üçün nəzərdə tutulmuş model təxminən 149 dollar dəyərində satışa çıxarılacaq. Təhsil müəssisələri üçün nəzərdə tutulmuş ikinci modelin dəyəri 179 dollar təşkil edəcək.

Birinci noutbuku masaüstü fərdi kompüter üçün öz komponentləri ilə dünyada məşhur olan Tayvanın “Elitegroup Computer Systems” (ECS) şirkəti istehsal edəcək.

İkinci noutbuk Çinin “3NOD Electronics” şirkəti tərəfindən buraxılacaq. “3NOD” şirkəti kompüter, avtomobil elektronikası, məişət elektrik cihazları və başqa qurğular hazırlayır.

Emil Hüseynov
 
 
 
 
 




31/03/15    Çap et