Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Alibaba" şirkəti yeni rəqəmsal yayım müqaviləsi bağlayıb
Almaniyanın “BMG” şirkəti rəqəmsal musiqi yayım üzrə Çinin və dünyanın ən böyük e-ticarət şirkəti "Alibaba Group Holding Ltd" ilə müqavilə bağlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətın nümayəndəsi bildirib ki, müqavilə "Alibaba" şirkətinə 2,5 milyon müəllif hüququ gətirəcək, bu siyahıya Kayli Minoq, Rollinq Stouns və Jan Mişel Jare kimi məşhur müğənnilərin mahnıları da daxildir.
"Alibaba" şirkəti musiqi, film və televiziya ilə onlayn media nəhəngi olmaqda israrlıdır. Şirkətin Çində rəqəmsal məhsul satışlarının potensialı 210 milyard dollar dəyərində qiymətləndirilir, halbuki, ölkənin rəqəmsal istifadəçiləri media kontent üçün pul vermirlər.
"Bertelsmann AG" Avropanın ən böyük media kompaniyası öz bəyanatında bildirib ki, "Alibaba Digital Entertainment" BMG yazıçı və artistlərin, eləcə də “BMG” müştərilərin hüquqlarını pozan mobil servisləri izləyərək qarşılıqlı tədbirlər görməyə kömək edəcək.
Aynur Vəliyeva
31/03/15 Çap et