Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Horizon-2020” proqramı çərçivəsində “Elm, Texnologiya, İnnovasiya” günləri keçirilib


Fransanın paytaxtı Paris şəhərində Avropa Birliyinin “Horizon-2020” proqramı çərçivəsində “Elm, Texnologiya, İnnovasiya” günləri keçirilib.

Tədbirdə ölkəmizi Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, həmin institutun laboratoriya rəhbəri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev, Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və Azərbaycan Universitetinin baş müəllimi Qətibə Nəcəfova təmsil ediblər.
 
Akademiyadan qeyd edilib ki, tədbirdə AMEA-nın müxbir üzvü İslam Mustafayev ARDNŞ-in Elm fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmiş “Neft kəmərləri obyektlərinin enerji effektivliyini yüksəltmək üçün alternativ enerji mənbələrindən istifadə” layihəsinin nəticələri, b.ü.e.d. Arif Mehdiyev isə Serotonergik Biomarkerlər haqqında ətraflı məlumat veriblər.
 
 
Səfər çərçivəsində Azərbaycan alimləri Malaziya, Tayland, Niderland və digər ölkələrin mütəxəssisləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıblar.
 
 
Həqiqət İSABALAYEVA




31/03/15    Çap et