Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ xarici kibercinayətkarları məsuliyyətə cəlb edəcək


ABŞ Ədliyyə Nazirliyi digər ölkələrin kiberfırıldaqçılarını məsuliyyətə cəlb etmək məqsədilə mövcud qanunvericiliyi təkmilləşdirmək niyyətindədir. Yeni qanunvericilik ABŞ istifadəçilərinə məxsus kredit kartlarının məlumatlarından istifadə edən müxtəlif ölkələrin cinayətkarlarına şamil olunacaq.
 
Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, ABŞ hökuməti iritutumlu kredit kartları haqqında məlumatların toplanılması, ödəniş alətlərinin saxtalaşdırılması, bu rekvizitlərin yenidən satılması, internetdə və ya bankomatda vəsaitlərin alışı və silinməsi ilə bağlı bank kartları fırıldaqçılığının bütün mərhələlərinə nəzarət etməkdə çətinliklə üzləşir.
 
Nazirlik mövcud cinayət məcəlləsinə ödəniş kartları ilə əməliyyatlardan qeyri-qanuni mənfəət əldə edən bütün cinayətkarları məsuliyyətə cəlb etməyə imkan verəcək düzəlişlər etməyi təklif edir.
 
Ekspertlər qeyd edirlər ki, bu addım digər ölkələrin narazılığına səbəb ola bilər, - "Payspacemagazine" yazır.




31/03/15    Çap et