Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Startup Azərbaycan 2015" çərçivəsində növbəti təlim keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur.
Təlim “Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı”, “İdeya - Layihə - İnvestor” mövzularına həsr olunacaq.
Tədbirdə Yüksək Texnologiyalar Parkının, “Startap Azərbaycan 2015” rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.
Aynur Vəliyeva
31/03/15 Çap et