Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Estoniya kibertəhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir


Estoniyanın Müdafiə Nazirliyi "Raytheon Company" ilə kibertəhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə etmək məsələsini nəzərdən keçirməklə bağlı razılığa gəliblər.
 
"ICTnews" xəbər xidmətinin "PRNewswire"a istinadən verdiyi məlumata əsasən, Estoniyanın Müdafiə Nazirliyinin daimi katibi Мikk Marran və "Raytheon" şirkəti  razılaşmanı bu yaxınlarda ABŞ hökuməti və Müdafiə Nazirliyi ilə keçirilən ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə danışıqlar çərçivəsində əldə edib.
 
"Raytheon" dünyanın tanınmış müdafiə və aerokosmik şirkətlərindən biridir  və inteqrə edilmiş sistemlər, kibertəhlükəsizlik həlləri sahəsində geniş təcrübəyə malikdir. "Raytheon Company" ilə əməkdaşlıq bizə üstünlük verəcək", - deyə M.Marran qeyd edib.
 
"Raytheon" ümumrusiya miqyaslı kibermüdafiə həlləri portfeli yaradıb və bu, Estoniyanın öz əhalisinin kiberdomenlərlə təchiz ediməsinə tətbiq edilən innovasiyaları və sərmayələri tamamlayır. Bu əməkdaşlıq milli kibertəhlükəsizliyin kritik sahəsində yeni vacib həlləri araşdırmağa imkan verəcək", - deyə "Raytheon" kəşfiyyat və informasiya xidmətləri  şirkətinin  prezidenti Devid С. Wajsgras bildirib.
 
Ehtimal edilir ki, şirkət ilə əməkdaşlıq Estoniyaya qlobal səviyyədə ən çətin kibertəhdidlərin qarşısını almağa imkan verəcək. Tərəflərin Tallində keçiriləcək növbəti görüşündə əməkdaşlıq üçün konkret sahələr müəyyən ediləcək.
 
Aynur Vəliyeva




31/03/15    Çap et