Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə daşınan elektronika bazarının həcmi 133 faiz yüksələcək
“International Data Corporation” (IDC) analitiklərinin hesabatına əsasən, cari ildə qlobal daşınan elektronika bazarının həcmi yeni istehsalçıların ortalığa çıxması və qurğuların yaradılması, həmçinin istehlakçıların bu məhsula marağının artımı nəticəsində 133.4 faiz yüksələcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamalarına görə, 2014-cü ildə qlobal miqyasda 19,6 milyon daşınan cihaz buraxılıb. 2015-ci ildə 45,7 milyon qurğunun tədarükü gözlənilir, 2019-cu ilədək bu göstərici orta illik artım 45.1 faiz sürəti ilə 126,1 milyonadək artacaq.
Mütəxəssislər sözügedən bazarın əsas inkişaf stimulu kimi kənar mobil tətbiqlərin quraşdırılmasını dəstəkləyən “ağıllı” qurğuları qeyd edirlər. Cari ilin nəticəsinə görə, belə qurğuların tədarükü 25,7 milyona çatacaq. Bu, ötən illə müqayisədə 511 faiz artım deməkdir.
Əlavə proqramların yüklənməsini dəstəkləməyən standart daşınan elektronika seqmentinin həcmi bu dövrdə 30 faiz yüksələcək.
“Apple Watch” smart saatlarının çıxarılması nəticəsində smart qurğular bazarı daha yaxşı inkişaf edəcək – “IDC”-nin tədqiqatlar üzrə direktoru Ramon Lamas deyib. - Bu saatlar ümumilikdə daşınan elektronikanın populyarlığını artıracaq. Bununla belə, standart aparatlar mövcud olacaq. Biz bu seqmentdə sabit artım gözləyirik, çünki bazarın bir çox seqmentlərinə məhdud funksionallığa malik sadə qurğular lazımdır".
Emil Hüseynov
31/03/15 Çap et