İki Cənubi Koreya şirkəti məhkəmə dinləmələrinə son qoyacaq
Cənubi Koreyanın iki aparıcı elektronika istehsalçısı “Samsung Group” və “LG Group” şirkətlər arasında uzun müddət davam edən məhkəmə dinləmələrinin dayandırılması barədə razılığa gəlib.
“Samsung” və “LG” bütün cari dinləmələri dayandırmaq və münaqişələrə qon qoymaq barədə razılığa gəlib. Biz həmçinin bundan sonra yeni hüquqi mübahisələrdən çəkinmək və məsələləri danışıqlar yolu ilə həll etmək niyyətindəyik”, - şirkətlərin birgə bəyanatında deyilir.
Əldə olunan razılığa görə, tərəflər “Samsung Electronics” və “LG Electronics”, eləcə də şirkətlərin displey istehsalı bölmələri "Samsung Display” və “LG Display” arasında məhkəmə dinləmələrini qeyd-şərtsiz dayandırır, eləcə də şirkətlər bir-birindən kompensasiya tələb etmir.
Məlumat üçün bildirək ki, Koreya istehsalçıları arasında son məhkəmə dinləmələrindən biri “Samsung” şirkətinə məxsus əmlakın korlanması ilə bağlı olub. “LG”-nin məişət texnikası buraxılışı üzrə rəhbəri Ço Son Çjin və şirkətin daha iki yüksəkvəzifəli əməkdaşı 2014-cü ilin sentyabrında iki Berlin mağazasında qəsdən "Samsung”un üç paltaryuyan maşınını korlamaqda təqsirli bilinib. “LG” rəhbərliyi iddiaları rədd edib və “Samsung”a qarşı qarşılıqlı iddia qaldıraraq onu böhtan atmaqda və saxtalaşdırmada günahlandırıb, -
"DailyComm” yazır.