Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” və “Yahoo!” internet axtarış bazarındakı sazişdən imtina edə bilərlər


“Yahoo!” və “Microsoft” şirkətlərinin internet axtarışı bazarında sonrakı əməkdaşlığı şübhə altındadır. ABŞ şirkətləri birgə iş haqda qərarın qəbulu müddətini bir aylıq təxirə salıblar.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2009-cu ildə “Yahoo!” və “Microsoft” şirkətləri 10 illik müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, “Yahoo!” axtarış sistemi “Bing” mühərrikindən istifadəyə keçir və “Microsoft” bu halda tərəfdaşın axtarış sistemindəki reklamın satışından 12 faiz gəlir qazanır.

Mənbə belə hesab edir ki, “Yahoo!” əməkdaşlığın maliyyə nəticələrindən razı deyil.

“ComScore” analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ilin fevralında “Yahoo!” və “Bing” axtarış sistemlərinin ABŞ-ın internet axtarış bazarında birgə payı 32,6 faizədək artıb. 2009-cu ildə bu göstərici 28 faiz olub.

Emil Hüseynov




31/03/15    Çap et