Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti 3 ayda “Elektron hökumət”ə dair keçiriləcək tədbirlər üzrə Tədbirlər Planı təsdiqlənib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu ilin II rübü üçün “Elektron hökumət” üzrə keçiriləcək maarifləndirici və sosial tədbirlər üzrə Tədbirlər Planını təsdiqləyib.
 
 
Mərkəzdən verilən məlumata görə, Tədbirlər Planına əsasən rüb ərzində bir sıra ali təhsil müəssisələrində İKT ilə maraqlanan gənclər və startupçılar üçün “Elektron hökumət”lə bağlı seminarlar, xeyriyyə və sosial xarakterli aksiyalar, banklar, kredit təşkilatları, həmçinin yaşlı nəsil üçün E-hökumət və elektron arayışlarla bağlı müxtəlif kursların təşkil olunması nəzərdə tutulub. Bununla yanaşı, ayda bir dəfə media nümayəndələri üçün “Elektron hökumət” bülleteninin təqdimatı üzrə brifinqlərin keçirilməsi planlaşdırılır.
 
 
Qeyd edək ki, bütün il ərzində analoji tədbirlər həyata keçiriləcək. Bunda əsas məqsəd elektron hökumət, elektron imza ilə bağlı maarifləndirmə işini gücləndirmək, dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər və “Elektron hökumət” portalı (e-gov.az) barədə ictimaiyyətə geniş məlumat verməkdən ibarətdir.
 
 
CAHANGİR




31/03/15    Çap et