Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Hyundai" şirkəti sürücüsüz avtomobil bazarına çıxır
Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor Co" şirkəti 2020-ci ilədək bəzi avtomobillərində avtonom sürücülük imkanlarını gəlir mənbəyinə çevirmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin şirkətin rəsmi bəyanatına istinadən verdiyi məlumata əsasən, "Mercedes" və “General Motors Co" kimi avtomobil istehsalçıları və həmçinin "Google İnc" və "Apple İnc" hazırda özünü idarə edən nəqliyyat vasitələrini inkişaf etdirirlər.
Bəzi analitiklərin rəyinə əsasən, qanunvericiliyin tam hazır olmadığına görə qlobal bazarda özünü idarə edən avtomobillərin yayılması 2020-ci ilə qədər gözlənilmir.
Digər avtomobil istehsalçıları kimi, "Hyundai Motor"un da premium avtomobilləri avtonom xarakteristikalarla təchiz edilib və piyadanın yola çıxmasını qeyd edən proqram özü əyləci işə salır.
Aynur Vəliyeva
01/04/15 Çap et