Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 160 minə çatıb


“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artmaqda davam edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 160 min nəfərə çatıb.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR




01/04/15    Çap et