Yerli elektron ödəniş sistemindən daha bir bankın müştəriləri faydalana biləcəklər
“E-Pul” elektron ödəniş portalında xidmət göstərilən bankların sırasına yenisi əlavə olunub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Pasha bank” portala qoşulub. Bununla da müştərilər “
www.e-pul.az” saytında banka aid olan hesablara ödəniş etmək imkanı əldə ediblər.
Qeyd edək ki, “E-Pul”a artıq “AFB Bank”, “Ata Bank”, “AzerCredit”, “Bank Avrasiya”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “Bank Standard”, “BolKart”, “FINCA”, “FlexiKredi”, “Nikoil Bank”, “RabitaBank” və “Turan Bank” qoşulub.
CAHANGİR