Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı hüquqi tədbirlərin görülməsi üçün rayon məhkəmələrinə müraciət edilib


 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dövlət Radiotezliklər İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) tərəfindən 2015-ci ilin 3 ayı ərzində görülən işlər barədə məlumat verib.
 
DRİ-dən bildirilib ki, iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV)  müvafiq qaydada  texniki baxış keçirilərək 137 akt tərtib edilib.
 
Müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı 43 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.
 
 Onlardan 5 ədədi möhürlənmiş və 38 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 5 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
 
 
Həqiqət İSABALAYEVA
          
 




02/04/15    Çap et