Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın 3D modelini telefonla ölçmək olacaq
Real obyektlərin 3D məkanda ölçülməsinin tədqiqatını aparan tədqiqatçılar adi mobil telefonda mövcud olan kamera və akselerometri istifadə edərək yeni texnologiya yaradıblar.
“ICTnews” xəbər xidmətinin "TechCrunch" saytına istinadən verdiyi məlumata əsasən, Karnegi Mellon Universitetində yaradılan sistemlə telefonu ətrafa fırladaraq 3D dünya modeli yaratmaq olar.
Akselerometrlər, innersiyanı ölçmək vahidi kimi adlanan, telefonun proqram təminatına telefonun yerləşdiyi məkan barədə təxmini məlumat verir. Kamera ilə birlikdə akselometrin istifadəsindən çox dəyərli nəticələr almaq olar.
Alət tək mobil telefonla, demək olar, hər şeyin 3D modelini düzəltmək imkanını verir.
Tədqiqatçılar, bu texnologiyanın özünü idarə edən avtomobillərdə bahalı radarları əvəz edəcəyini ehtimal edirlər.
Onlar texnologiyanın bütün imkanlarını nümayiş etmək üçün istifadəçilərin özlərinə uyğun eynək karkasını tapmaları üçün "Smart Fit" adlandırılan əlavə proqram hazırlayıblar.
Aynur Vəliyeva
02/04/15 Çap et