Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 915 təşkil edib
Azərbaycanda bu günə kimi 24019 domen adı rəsmi qeydiyyatdan keçib.
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən 2089 domen qeydiyyatdan keçirilib, 1174
domen isə ləğv edilib, nəticədə bu ilin birinci rübü ərzində ölkədə xalis domen artımı 915 domen təşkil edib.
Hazırda Azərbaycanda 22262*.az, 1046 *.com.az, 229*.edu.az, 130*.org.az, 75*.net.az, 42*.int.az, 89 *.co.az, 35*.pp.az, 73 *.info.az, 25 *.biz.az, 12 *.name.az, 1 *.pro.az domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, *.az domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10% təşkil edib.
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub, 2013-cü ildə isə 2338 domen adı olub.
Aynur Vəliyeva
02/04/15 Çap et