Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya trafikinin 43 faizi birbaşa trafikin payına düşür
ABŞ trafikin həcminə görə liderdir. Dünya trafikinin 25.05 faizi bu ölkənin payına düşür. Böyük Britaniya (5,51 faiz) ikinci, Rusiya üçüncü pillədə qərarlaşıb.
“Similar Web” analitik şirkəti “Search Marketing Benchmark Report 2015” qlobal axtarış marketinqi bazarının nəticəsi haqda hesabatını dərc edib. Hesabatın məlumatları mobil və masaüstü qurğu istifadəçiləri tərəfindən həyata keçirilən 2 milyard hərəkətin təhlilinə əsaslanır. Əldə edilmiş statistika şirkətlərə öz marketinq strategiyalarını təkmilləşdirməyə və biznes həllərinin qəbulu prosesini optimallaşdırmağa kömək etmək üçün nəzərdə tutulub.
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, “Similar Web” şirkətinin analitikləri istifadəçilərin saytlara hansı üsulla daxil olduğunu müəyyənləşdirmək üçün yeddi ən böyük onlayn sahəni araşdırıblar.
Dünyada trafikin istiqaməti üzrə əsas kanallara gəlincə, bu reytinqdə ilk pillədə birbaşa trafik birinci pilləni tutub. 43.38 faiz hallarda saytlara birbaşa daxil olunub. Bu isə o deməkdir ki, bu saytlar güclü brendə sahibdirlər və bir çox istifadəçilərə məlumdur. Axtarış (27,9 faiz) və keçidlər (21,13 faiz) dünya trafikinin iki digər böyük mənbəsidir. 2015-ci ilin yanvarında elektron poçtun payına ən az trafik (0.36 faiz) düşüb.
Emil Hüseynov
02/04/15 Çap et