Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternet tariflərinin endirilməsi gələn ay daha aydın hiss olunacaq”


“ İnternet xidməti lisenziyalaşdırılmayan xidmət növüdür. İnternet xidmətlərinin daha geniş yayılması üçün provayderlərə hər cür şərait yaradılır ki, nəticə etibarilə qiymətlər aşağı düşsün”.

Bu açıqlama ilə çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirdi ki, Azərbaycanda internet tarifləri regionda ən aşağı səviyyədədir.

O, daha sonra ölkəmizdə 30-dan çox internet provayderinin mövcud olduğunu və onlar arasında azad rəqabətin də qiymət faktoruna təsir etdiyini deyib. “İnternet provayderlərinin qiymətləri endirməsi müəyyən zaman tələb edir.

Provayderlərin satışda olan kartları var, reklam dəyişikliyi etməlidir və ən nəhayət, texniki məsələləri yoluna qoymalıdır ki, bütün bunlar qiymət endirimlərində gecikmələrə səbəb olur” .

Nazir müavini sonda bildirdi ki, internet tariflərinin endirilməsini bu ayın sonunda və gələn ay daha aydın görmək olacaq.




07/09/11    Çap et