Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
42 il bundan əvvəl məhz bu gün mobil telefon vasitəsilə ilk zəng həyata keçirilib
Nyu-Yorkda mobil telefon vasitəsilə həyata keçirilmiş ilk zəngin 42-ci “doğum günü” qeyd olunur. 1973-cü il aprelin 3-də mühəndis Martin Kuper “Motorola” şirkətinin mobil telefon prototipi vasitəsilə ilk zəng həyata keçirib. Telefonun çəkisi 1,15 kiloqram, uzunluğu 22.5 santimetr olub.
"1973-cü il aprelin 3-də mütəxəssis meqapolisin küçələrindən birində mobil telefon prototipini sınaqdan keçirib. O, “Bell Labs” firmasının qabaqcıl həllər laboratoriyasının müdiri Coel Engelə zəng vuraraq ona “Motorola”nın inqilabi nailiyyəti haqqında məlumat verib” – “New York One” televiziya kanalı həmin günlərdə xəbər verib.
42 il müddətində mobil telefonlar əsas məhsullar kateqoriyasına daxil olub, “Motorola” isə lider mövqeyini əldən verib və 2011-ci ildə iki hissəyə bölünüb.
Şirkətin mobil qurğu istehsalı ilə məşğul olan hissəsi “Motorola Mobility” adlanır və “Google” korporasiyası onu 12.5 milyard dollara satın alıb.
Emil Hüseynov
03/04/15 Çap et