Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Microsoft" sənəd skaner proqramının “İOS” və “Android” versiyalarını təqdim edib
Sənədin şəklini çəkdikdən sonra onun üstündə redaktə etmək imkanını verən məşhur "Office Lens" proqramı “iPhone” və “Android” cihazlarının istifadəçiləri üçün əlçatan olub.
“ICTnews” xəbər xidmətinin "TechCrunch" saytına istinadən verdiyi məlumata əsasən, bu günədək proqram “Windows” platforması üzərində işləyən cihazlar tərəfindən dəstəklənirdi.
"Microsoft " şirkətinin yeni strategiyasına əsasən, məqsədi “Windows” platformasını dəstəkləməsindən asılı olmayaraq əlavələri “iOS” və “Android” smartfonlarına gətirmək və proqram təminatlarını mümkün qədər çox cihazlara quraşdırmaqdır.
"Office Lens" əlavəsi smartfon kamerasından skaner kimi istifadə etməyə imkan verir, belə ki, menyunun, reseptin və ya biznes kartın şəklini çəkdikdən sonra dərhal dəyişiklik edərək "Microsoft"un “OneNote” və ya “OneDrive” bulud yaddaş proqramına göndərir.
Proqram şəkli “Word” faylı, “PowerPoint” prezentasiyası və ya “PDF” faylı kimi yadda saxlamağa, eyni zamanda, optik tanıma xüsusiyyətini istifadə edərək mətni axtarış və redaktə etməyə imkan verir. Proqramı bu gündən “iOS” və “Android” smartfon istifadəçiləri pulsuz yükləyə bilərlər.
Aynur Vəliyeva
03/04/15 Çap et