Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə qrupu “IBM commerce” sistemini tətbiq edib


“BKS” maliyyə qrupu fərdi marketinq kampaniyalarının reallaşdırılması üçün “IBM Commerce” sistemini  tətbiq edib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, layihə “GlowByte Consulting” şirkəti tərəfindən həyata keçirilib.
 
“IBM Commerce” müştərilər haqda qiymətli məlumatları əldə etmək üçün analitik alətləri istifadə edir. Hazırda “BKS” internet-treydinq, broker əməliyyatları və investisiya strategiyalarının hazırlanması üzrə məsləhət xidmətlərinin həcmini 20 faiz artırıb.
 
Aynur Vəliyeva




03/04/15    Çap et