Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az”da təhlükəsiz qaydada kartları yadda saxlamaq mümkünləşib


“Hesab.az” portalında təhlükəsiz qaydada kartları yadda saxlamaq imkanı yaradılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin “Hesab.az”a istinadən verdiyi məlumata görə, portalın istifadəçiləri artıq ödəmələrini daha rahat, vaxt itirmədən, həm də tam təhlükəsiz şəkildə həyata keçirə biləcəklər.
 
Belə ki, portalda yeni “kartların yadda saxlanılması” funksiyası istifadəçilərin istifadəsinə verilib. Bu yeni funksiya istifadəçilərə özlərinə aid kartlarını təhlükəsiz şəkildə portalda bir dəfə qeydiyyata almağa və hər dəfə kart bilgilərini daxil etmədən ödəməyə imkan yaradır. 
 
CAHANGİR




06/04/15    Çap et