Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple Watch” “ağıllı” saatlarının satışa çıxarılma tarixi bəlli oldu
“Apple” korporasiyası öz “ağıllı” “Apple Watch” saatlarının satışa çıxarılma tarixini açıqlayıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 10 aprel tarixindən sifarişlər qəbul ediləcək.
Bununla belə, “Apple” şirkəti hələ ki öz “ağıllı” “Apple Watch” saatlarını İsveçrə ərazisində sata bilməyəcək, çünki patent qanunu pozur.
Məlumata əsasən, ABŞ şirkətinin pozduğu patent 1985-ci ildə qeydiyyatdan keçirilib və 5 dekabr 2015-ci il tarixində bitir. Bu patent “Leonard” saat şirkətinə məxsusdur.
“Apple Watch” “ağıllı” saatları aprelin 10-da Tokio, London və Parisin mağazalarında satışa çıxarılacaq.
Emil Hüseynov
06/04/15 Çap et