Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Adron Kollayderi yenidən işə salınıb


Böyük Adron Kollayderində (BAK) saat əqrəbi və əks istiqamətdə olmaqla hər iki istiqamətdə sürətləndirici dairəsinin səkkiz seqmenti üzrə bir-birinə tərəf dövr edən protonlar buraxılıb. Bu barədə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) saytında deyilir.

2015-ci ildə fiziklər kollayderdə sınaqlar aparacaq, məlumatların toplanılmasına 2016-2018-ci illərdə başlanılacaq.

Son iki ildə sürətləndiricidə modernləşmə işləri aparılıb. Modernləşmə prosesində hissəciklərin toqquşmasının maksimal enerjisinin iki dəfə artırılaraq 13 teraelektronvoltadək (kütlə mərkəzi sistemində) çatıdırılması olmalı idi. Lakin hazırda protonlar bir-biri ilə əlaqəsi olmadan işə salınıb və onların tam gücü ilə toqquşdurulmasına iyunda başlamaq planlaşdırılır.

Kollayderin işi 14 fevral 2013-cü ildə dayandırılıb.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.    
   
Qurğu "CERN" rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində Cenevrə şəhərində inşa olunub, - "Lenta" yazır.




06/04/15    Çap et