Çin elektron kommersiya sahəsində qanunvericiliyi sərtləşdirir
Çində internet ticarətinin sürətli inkişafı hakimiyyət tərəfindən diqqətlə izlənilir. Dövlət tənzimləyici orqanları internet vasitəsilə satılan saxta və keyfiyyətsiz məhsullarla mübarizəyə yönələn yeni tədbirlər görməyi planlaşdırır.
2020-ci ilədək ölkədə onlayn satış həcminin 1 trilyon dollara çatacağı proqnozlaşdırılır. Alış-verişin internetə faktiki keçidi ilə əlaqədar olaraq Çin Ticarət Nazirliyi bu məkanı daha şəffaf etmək niyyətindədir.
Belə ki, hökumət tranzaksiyaların saxtalaşdırılması və müştərilərin məhsullar haqqında saxta rəyləri ilə mübarizə aparmaq istəyir.
Yeni qanunvericiliyə əsasən, Çin hökuməti belə insidentlərə göz yuman operatorları 80 min dollar məbləğində cərimələməyə hazırlaşır.
Analitiklər hesab edirlər ki, yeni qaydalar saxta məhsulların yayılmasının, eləcə də süni qiymət artımının qarşısını almağa xidmət edəcək, -
"Payspacemagazine” yazır.