Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet kontenti daha sürətlə nəzərdən keçirməyə imkan verən düymə yaradılıb


“Pinterest” şirkəti internet kontenti daha sürətlə nəzərdən keçirməyə imkan verən düymə yaradıb.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni düymənin adı “Pin It”dir.

“Safari”, “Chrome” və “Firefox” brauzerlərində əlavə üzərindən quraşdırılır və məqalə, şəkil və s. ibarət olan kontenti nəzərdən keçirmək üçün kliklərin sayını azaltmağa imkan verir.
 
Yeni funksiyanın yaradıcılarının sözlərinə əsasən, düymənin istifadə sahəsi genişlənəcək. Belə ki, o bütün maraqlı məlumatları saxlamağa imkan verəcək.
 
Aynur Vəliyeva




06/04/15    Çap et