Yerli elektron ödəniş xidmətinə yeni bank qoşulub
“E-pul” elektron ödəniş sistemində xidmət olunan bankların siyahısına daha bir bank əlavə edilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq istifadəçilər “
www.e-pul.az ” saytında “AccessBank”-a aid olan hesablara da ödəniş edə bilərlər.
Qeyd edək ki, “E-pul” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.
CAHANGİR