Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google" şirkətinin "wireless" planı Avropada rouminqsiz reallaşacaq
"Google" şirkəti simsiz internet planını yaymaq üçün Böyük Britaniyanın "Three" telekomu ilə danışıqlar aparır. Bu plana əsasən, ABŞ vətəndaşları xaricdə olarkən rouminq ödəməsi etməyəcəklər.
“ICTnews” xəbər xidmətinin "The Telegraph" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, səsli zəng, mətnli ismarış və internet bağlantısı olan istehlakçı olduğu yerdən asılı olmayaraq əlavə rouminq ödənişi etməyəcək.
Xəbər "Google" şirkətinin simsiz internet planını təsdiqlədikdən bir ay keçməmiş yayılıb.
Layihənin rəhbəri Sundar Pichayın dediyinə görə, "az miqyasda" layihəsi eksperiment kimi başlayacaq və "Google" şirkətinə simsiz interneti birbaşa istifadəçilərə satmağa imkan verəcək.
Qeyd edək ki, "Three" telekomu Böyük Britaniyada və bir neçə ayrı ölkələrdə idarə edən "Hutchinson Whamopoa" şirkəti ilə öz istifadəçilərinə bu bazarda əlavə ödənişsiz servis təklif edir.
"Google" şirkətinin Avropada eyni addımı atması yaxın gələcəkdə gözlənilmir və buna səbəb Avropa Telekommunikasiya daşıyıcılarının öz aralarında rəqabətə görə rouminq ödəməsinin cüzi olmasıdır.
"Hutchinson" şirkətinin "Three" müştəriləri üçün rouminq ödəmələrini ləğv etmək planlarını "Google" şirkətinin təbii tərəfdaşı kimi qəbul etmək olar.
Aynur Vəliyeva
07/04/15 Çap et