Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutunun yenidən qurulan Elmi Araşdırmalar Mərkəzi yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz edilib
Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məqsədilə son zamanlar AMEA rəhbərliyi tərəfindən elmi müəssisələrin maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, onların ən yeni texniki avadanlıqlarla təchiz olunmasına mütəmadi olaraq dəstək verilir.
İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Araşdırmalar Mərkəzinin yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. İTİ-dən qeyd edilib ki, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun yeni təmir olunmuş Elmi Araşdırmalar Mərkəzində fəaliyyət göstərəcək şöbələrin rəhbərləri ilə birlikdə mərkəzin açılışına hazırlıq prosesi ilə tanış olub.
Yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz olunmuş institutun əsas elmi-tədqiqat müəssisələrindən biri olduğunu qeyd edən alim burada əməkdaşların yaradıcılıq fəaliyyətinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığını bildirib.
Qeyd edilib ki, mərkəz əməkdaşların fəaliyyətinin daha səmərəli təşkilinə və məhsuldarlığının artırılmasına xidmət edəcək.
Həqiqət İSABALAYEVA
07/04/15 Çap et