Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şirkəti Ruandanın bank sektorunda İKT həlləri üzrə tenderdə iştirak edir


Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “SİNAM” Afrikanın informasiya-kommunikasiya texnologiyaları bazarında da öz fəaliyyətini genişləndirməkdədir.

Şirkət Ruanda Milli Bankı tərəfindən keçirilən “Müəssisənin Verilənlər Anbarının yaradılması və Biznes Analitika sistemlərinin təchizatı, quraşdırılması və işə salınması” tenderində Ruandanın yerli şirkətlərindən biri ilə konsorsiumda iştirak edir. Şirkət bu layihə üçün öz təklifini artıq təqdim edib. 
 
Tenderdə “SİNAM” şirkətindən başqa dünyada tanınmış 5 digər İT  şirkəti də iştirak edir. Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir.
 
Qeyd edək ki, “SİNAM” şirkəti Azərbaycanda və Orta Asiyada uzun illərdir uğurlu fəaliyyət göstərməkdədir. Şirkətin İKT həlləri, xüsusilə də bank həlləri üzrə zəngin təcrübəyə malikdir.
 
“SİNAM” Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Qırğızıstanın  Dövlət Vergi Xidməti üçün verilənlər anbarlarının yaradılması, Biznes Analitika həllərinin təchizatı, inteqrasiyası üzrə bir sıra layihələri uğurla həyata keçirib. 
 




07/04/15    Çap et