Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” 140 simvol məhdudiyyətini aradan qaldırıb
“Twitter” mikrobloqlar xidmətinin yeni funksiyası istifadəçinin retvit etdiyi və öz səhifəsində yerləşdirdiyi postu əlavə 116 simvolla şərh etməyə imkan verib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, indi “Retweet” düyməsinə sıxdıqda istifadəçinin veb interfeysində şərh üçün 116 simvol əlavə etmək imkanı yaranır. Mətni yazdıqdan sonra “Tweet” etmək lazımdır və daxili retvitlə olan istifadəçinin lentində görsənəcək. Beləliklə, sosial şəbəkənin 140 simvol məhdudiyyəti bu yolla aradan qaldırıla bilər.
Hazırda yeni funksiya xidmətin veb versiyasında və “iOS” üçün tətbiqində əlçatandır. Şirkətin nümayəndəsi bildirib ki, yaxın gələcəkdə bu funksiya “Android” platforması ilə işləyən smartfonlar üçün əlçatan olacaq.
Emil Hüseynov
08/04/15 Çap et