Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
KTN sistemi üzrə İKT strategiyası hazırlanacaq
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemi üzrə informasiya-kommunikasiya texnologiyaları (İKT) strategiyası hazırlanacaq.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Azərbaycan Prezidentinin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Bununla yanaşı, nazirliyin mərkəzi məlumat bazası və korporativ şəbəkə infrastrukturunun və mərkəzi aparatında Çağrı Mərkəzinin, elektron kargüzarlıq, insan resurslarının idarə edilməsi və elektron arxiv sistemlərinin yaradılması planlaşdırılır.
Bu işləri Kənd Təsərrüfatı Nazirliyi cari ilin IV rübündə icra etməlidir.
CAHANGİR
08/04/15 Çap et