Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan-Sinqapur biznes forumunda İKT sahəsində əməkdaşlıq imkanları nəzərdən keçiriləcək
Bakıda aprelin 17-də keçiriləcək Azərbaycan-Sinqapur biznes forumunda İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, forum Sinqapur Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.
Biznes forumda İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlama avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcəklər.
Aynur Vəliyeva
09/04/15 Çap et