Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Alibaba" şirkəti bank sektoruna daxil olur
"Alibaba Group Holding Ltd" şirkətinin partnyoru olan "Ant" şirkəti iyun ayında "MYbank" adlanan onlayn bank istifadəyə verməyə hazırlaşır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Ant" şirkətinin iqtisadi bölməsinin baş meneceri Yuan Leyminq "Reuters" xəbər agentliyinə müsahibə verərkən buraxılışın iyun ayında olacağını bildirib.
"Alibaba" şirkətinin rəqibi olan "Tencent Holding Ltd"-nin bu ilin yanvar ayında "WeBank" internet bankında uğurlu buraxılışından sonra olan bu addımın çox uğurlu olması gözlənilir.
"Alibaba" şirkəti üçün "MYbank"ın açılması inkişaf etmiş iqtisadi internet platformanın yaradılmasına bir addım yaxınlaşma deməkdir. "Ant" şirkətinin nümayəndələrinin dediyinə görə, bankinq, kredit, sığorta, ödəmə sistemi və investisiya kimi xidmət sahələrini Çin ictimaiyyətinə təqdim edəcək.
Aynur Vəliyeva
09/04/15 Çap et