Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda yeni internet köşkləri qurulacaq
KÜR Kompyuter avadanlığı istehsalı zavodu Bakının ictimai yerlərində internet-köşklərin quraşdırılmasını planlaşdırır. Bu barədə bizə zavodun direktoru Rizvan Osmanov məlumat verib. Onun sözlərinə görə, zavod Prezident İlham Əliyevin elektron xidmətlərin tətbiqi ilə bağlı imzaladığı müvafiq Fərmanın tələblərinə uyğun olaraq yeni internet köşklərinin tətbiqi üzərində çalışır. Bu avadanlıqlar təhsil müəssisələri, biznes mərkəzləri, vağzallar və aeroportların gözləmə zalları və avtobus dayanacaqlarında quraşdırılacaq.
WiMAX texnologiyası üzrə yüksəksürətli internet şəbəkəsinə qoşulmuş bu avadanlıqlar ilkin ehtimallara görə, 1 Mbit/s təşkil edən sürətlə istifadəçilər tərəfindən məlumatların tez bir zamanda əldə olunmasını təmin edir. İnternet-köşkün iş prinsipi istifadəçi ilə internet şəbəkəsi arasında əlaqə yaradan internet-brauzerlə təmin olunacaq.
08/06/11 Çap et