Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” üzrə daha bir təlim baş tutub
“Elektron hökumət” üzrə növbəti təlim “Amrahbank”ın əməkdaşları ilə keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, MHM və “Amrahbank” arasında bağlanılan müqaviləyə əsasən vətəndaşlar bankın filiallarında quraşdırılmış xüsusi terminallar vasitəsilə “Elektron hökumət” portalının xidmətlərindən istifadə edə biləcəklər. E-xidmətlərin yüksək səviyyədə təşkili üçün ilk növbədə bank işçilərinə portal üzrə praktiki biliklər aşılanıb.
Belə ki, MHM-in əməkdaşları Esmira Muradova və Seymur Məmmədov portaldan və elektron imzadan istifadəni əyani nümayiş etdirib. Təlim çərçivəsində kredit əməliyyatlarının sadələşdirilməsinə xidmət edən elektron arayışlar və digər müvafiq xidmətlər test edilməklə bu xidmətlərin praktiki mahiyyəti iştirakçıların nəzərinə çatdırılıb. Təlim iştirakçıların sualları əsasında müzakirələrlə davam edib.
Qeyd edək ki, artıq “Amrahbank” MHM-ə müraciət edərək portala qoşulmaq istəyini bildirib. Tezliklə “Amrahbank”a müraciət edən vətəndaşlar da bankın müvafiq xidmətlərindən yararlanmaq üçün tələb olunan arayışları portal üzərindən elektron formada banka ünvanlaya biləcəklər.
CAHANGİR
09/04/15 Çap et