Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” sayəsində fərdi kompüter bazarında yeni texnologiyalar meydana çıxacaq


2015-ci ilin yayında “Windows 10” əməliyyat sistemi (ƏS) və onun əsasında işləyən elektronika qurğularının çıxarılması gözlənilir. Bu platforma yeni texnologiyaların kütləvi tətbiqinin başlanğıcını qoya bilər.
 
“USB-C/USB 3.1” interfeysi

Gözləntilərə görə, “Windows 10” əməliyyat sisteminin çıxarılması ilə əlaqədar “USB Type-C” simmetrik konnektoruna malik “USB 3.1” portu kompüter sahəsində əsas olacaq. “USB Type-C” standartı enerji doldurmaq, periferiya, daşıyıcı, manipulyator və bu kimi qurğuların qoşulması üçün istifadə olunur. “USB 3.1” interfeysinin üstünlüyü yüksək keçirtmə qabiliyyətidir (10 Qbit/s-dək).
 
 
Sifətin tanınması

“Microsoft” korporasiyasının “Windows 10” platformasında reallaşdırmaq istədiyi məsələlərdən biri sifətin tanınması və ya gözün qüzehi qişası kimi yeni texnologiyaların xeyrinə ənənəvi simvolik parollardan imtinadır.
 
Ötürücülər

“Windows 10” əməliyyat sistemi müxtəlif ötürücülərlə birgə işləyə biləcək. Məsələn, əməliyyat sistemi məkan ötürücüsünün köməyi ilə hibrid noutbukun vəziyyətini müəyyənləşdirərək avtomatik planşet rejimini işə salacaq. Bundan başqa, “Windows 10” əməliyyat sisteminə temperatur, təzyiq ötürücülərini quraşdırmaq mümkün olacaq.
 
Sürət
“Windows 10” masaüstü platforması ilə işləyən noutbuklar çıxarılması cari ilin ikinci yarısına planlaşdırılmış “Intel Skylake” prosessorları sayəsində sürətlə işləyəcək.
 
Simsiz texnologiyalar
Gözləntilərə görə, “Windows 10” əməliyyat sistemi fərdi kompüterlərdə (FK) kabellərin sayını azaltmağa imkan yaradacaq. Belə ki, “Intel” şirkəti 20 Vatt gücə hesablanmış simsiz enerjidoldurma texnologiyası üçün yeni spesifikasiyalar hazırlayır və 2016-cı ilədək FK-i monitor və periferiya qurğuları ilə birləşdirən kabelləri yığışdırmağa söz verir. “Intel” informasiya və videoməlumatların ötürülməsi üçün “WiGig”dən (“802.11ac Wi-Fi” standartı ilə müqayisədə üç dəfə daha böyük sürət təmin edən simsiz texnologiya) istifadəni planlaşdırıblar.
 
Yeni ekranlar

“PCWorld” müşahidəçilərinin fikrincə, “Windows 10” əməliyyat sisteminin çıxarılmasından sonra yığcam kompüter istehsalçıları öz qurğularını “OLED” ekranlarla təchiz etməyə başlayacaq.

Emil Hüseynov
 




09/04/15    Çap et