Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya istifadəçilərin pul vəsaitlərini oğurlayan virus aşkar edib


Dünyada ən azı 82 min kompüter onların sahiblərinin elektron vəsaitlərini kənar hesablara köçürən virusa yoluxub. Bu haqda Tokio Polis İdarəsinin kibernetika təhlükəsizliyi bölməsi məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti “tass.ru” saytına istinadən bildirir ki, məlumata əsasən, virusa yoluxmuş kompüterlərin təxminən 50 faizi Yaponiyanın, digər hissəsi isə Avropa və Asiya ölkələrinin payına düşür. Tokio polisi hazırda istifadəçilərin pul vəsaitlərinin qanunsuz köçürülməsi hallarını araşdırır və yerli internet provayderlərinə onların müştərilərinin kompüterlərinə müvafiq antivirus proqram təminatının quraşdırılması tövsiyəsi ilə müraciət edib.
 
“VAWTRAK” adlı virus ilk dəfə 2013-cü ildə qeydə alınıb.

Kibercinayətkarlar bu virusu elektron məktuba əlavə edilmiş zərərli arxiv faylları vasitəsilə yayıblar. Tokio Polis İdarəsinin kibernetika təhlükəsizliyi bölməsi özəl internet şirkətlərlə birgə bu virusu tamamilə bloklayan xüsusi sistem hazırlayıb və tədricən onu Yaponiya ərazisində tətbiq etməyə başlayıb.
 
Məlum olub ki, yaponiyalı istifadəçilərin pul vəsaitlərini oğurlayan kompüter viruslarından dəymiş illik zərər 24,1 milyard dolları ötür.
 
Emil Hüseynov

 
 
 




10/04/15    Çap et