Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-imzanın tətbiqi “Elektron Yük Gömrük Bəyannaməsi”nin tətbiqinə şərait yaratdı


“E-imzanın tətbiqi Dövlət Gömrük Komitəsi üçün “Elektron Yük Gömrük Bəyannaməsi”nin tətbiqi üçün geniş imkan açdı.
Bu barədə İCTnews-ə açıqlama verən Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları baş idarəsinin rəisi İqbal Babayev bildirdi ki, e-imza ilə yanaşı ”Yük Gömrük Bəyannaməsi”nin formalaşmasında tələb olunan digər dövlət təşkilatlarına aid olan normativ hüquqi aktlar elektronlaşmalı və hüquqi statusa malik olmalıdır.”Bu istiqamətdə də irəliləyişlər var ki, bu bizə yaxın vaxtlarda “Elektron Yük Gömrük Bəyannaməsi” tətbiq etməyə şərait yaradacaq.
Bu istiqamətdə DGK iş aparır və təkliflər hazırlayır” - deyə o qeyd etdi.




07/09/11    Çap et